Arkadaşını Davet Et


Benzer Ürünler
GülayeTürk ŞiiriBağışla
GülayeTürk ŞiiriBağışla
GülayeTürk ŞiiriBağışla

Bağışla (9786258116885)

0,00
Marka : Gülaye
Para Puan : 100
Barkod : 9786258116885
KÜ-6

Ağlar gözlüm, baxışların qəm dolu,
Dərdin nəydi bilənmədim, bağışla.
Ömrüm boyu həsrətinə can dedim,
Bir dərdini bölənmədim, bağışla.

n

Hə can dedi, nə haqqımı haqladı,
Nə öldürdü, nə yaramı bağladı.
Göylər mənim gözlərimə ağladı,
Göz yaşını silənmədim, bağışla.

n

Həm solumda, həm sağımda gülüşlər,
Dağ-dağ oldu qəm dağımda gülüşlər,
Çilikləndi dodağımda gülüşlər,
Gül üzünə gülənmədim, bağışla.

n

Ocaq çatdım, kül yeridi üstümdən,
Oba köçdü, el yeridi üstümdən,
Tufan qopdu, sel yeridi üstümdən,
Harayına gələnmədim, bağışla.

n

Bax səsimi laylalara köçürdüm,
Haqq səsini laylalara köçürdüm.
Nəfəsimi laylalara köçürdüm,
Torpağına  bələnmədim bağışla.

n

Döndü könlüm qəm qusuna dolandım,
Torpağına mən daşına dolandım.
Həsrətinin mən başına dolandım,
Ayağında ölənmədim, bağışla.

n

Nə qaranlıg bir ömüre yan dedim
Sökülsəydi göy üzündə dan dedim.
Ömrüm boyu həsrətinə can dedim,
Bir dərdini bölənmədim, bağışla.

n

 

n

(Tanıtım Bülteninden)

n

 

cultureSettings.RegionId: 0 cultureSettings.LanguageCode: TR